Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı vəzifəsindən azad edilib.
Bu barədə Şəfa Memanqızı Facebook səhifəsində məlumat verib:
"Əziz Dostlar, 4 ilə yaxın bir müddətdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində çalışmışam və hər zaman NİİM-in imicinin yüksəldilməsi üçün əlimdən gələni etmişəm. Bu gündən etibarən, NİİM-də çalışmıram. NİİM mənim üçün doğmadır və hər zaman da belə olacaqdır. İş fəaliyyətimə harada davam edəcəyimlə bağlı məlumat verəcəyəm”.