Gürcüstanın Milli Kommunikasiya Komissiyası yeni “Mtavari arxi” (“Əsas kanal”) televiziya kanalının yayımına icazə verib.
Bu barədə teleşirkətin direktoru Nika Qvaramia məlumat verib.
O bildirib ki, komissiya şirkətin təqdim etdiyi sənədləri araşdırıb və onların qanunun tələblərinə cavab verdiyini müəyyən edib.
N.Qvaramia qeyd edib ki, “Mtavari arxi” sentyabrın 9-da bütün Gürcüstan üzrə yayıma start verəcək.
Qeyd edək ki, N.Qvaramia “Rustavi 2” televiziya kanalının keçmiş baş direktorudur. O, bu ilin iyulunda vəzifəsindən uzaqlaşdırılandan sonra ötən ay yeni teleşirkət təsis edib/Report.