XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

27 Yanvar 2016 - 08:45

Cavid Hüseynovun məhkəməsinə jurnalistlər buraxılmadı – [color=red]FOTO

Öldürülən jurnalist Rasim Əliyevin işi üzrə təqsirləndirilən şəxs, "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun məhkəməsi başlayıb.

Musavat.com-un əməkdaşı xəbər verir ki, Səbail Rayon Məhkəməsində Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə bütün jurnalistlər zala buraxılsalar da, sonradan zal dəyişdirilib və heç bir media nümayəndəsi prosesə buraxılmayıb. Zala yalnız Cavid Hüseynovun yaxınları buraxılıblar.

Qeyd edək ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir.

Xatırladaq ki, Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə davam etdirilir.

Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata ayrılıb.