XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 January 2016 - 10:39

“Bütün məscidlərdə axtarışlar aparılıb” – [color=red]İTV-nin yoxa çıxan əməkdaşı ilə bağlı rəsmi açıqlama

Yanvarın 25-də Bakının Suraxanı rayonu ərazisində itkin düşən, İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşı Rəşad Əliyevin axtarışları davam etdirilir.

Bu barədə trend.az-a Rəşad Əliyevin həyat yoldaşı İlahə Əliyeva məlumat verib.

İ.Əliyeva bildirib ki, hazırda faktla bağlı Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində axtarışlar davam etdirilir. R.Əliyevin tapılması istiqamətində tədbirlər davam etdirilir.

Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən isə bildirilib ki, E.Əliyev yanvarın 26-dan axtarışa verilib:

"Hələlik axtarışlar heç bir nəticə verməyib. Yaxınları və tanışlarının ifadəsi alınıb. İfadələr əsasında paytaxtdakı bütün məscidlərdə axtarışlar aparılıb. Məscidlərdə axtarışların apaılmasına səbəb isə R.Əliyevin namaz qılan olması və tez-tez məscidlərə getməsi olub. Yaxınlarının ifadəsində göstərilib ki, Rəşad Əliyev tez-tez məscidlərə gedirmiş".

Xatırladaq ki, R.Əliyev Azərbaycanın tanınmış rejissoru, Əməkdar İncəsənət xadimi Fikrət Əliyevin oğludur. R.Əliyev İctimai Televiziya və Radio Yayımları Şirkətində quruluşçu rejissor işləyirdi.