XƏBƏR LENTİ

15 Oktyabr 2019

Digər Xəbərlər

03 Oktyabr 2019 - 09:43

İngilis vəkil jurnalistin qətlindən danışdı:"Xaşuqci “qurbanlıq heyvan” idi"

Türkiyə xüsusi xidmət orqanları jurnalist Camal Xaşuqcinin öldürüldüyü Səudiyyə Ərəbistanı konsulluğuna dinləmə cihazı yerləşdiriblər. Həmin cihazlarda cinayət planının hazırlanması və icrası qeyd olunub.

Səs yazısına qulaq asmaq imkanı olan şəxslər “BBC”yə onun məzmunu barədə məlumat veriblər.

İngilis vəkil Helena Kennedinin sözlərinə görə, jurnalist Səudiyyə Ərəbistanının konsulluğuna gəlməmişdən əvvəl orada olan səudiyyəli məhkəmə-tibb ekspert Salah əl-Tubeyqi musiqiyə qulaq asaraq cəsədləri yarmağı sevdiyini söyləyib.

“Həyatımda ilk dəfədir ki, cəsədi düz yerdə kəsmək lazımdır. Bir qəssab olsan da, cəsədi yarmazdan qabaq onu çəkməlisən” – deyə, Kennedi məhkəmə-tibb ekspertin sözlərindən sitat gətirib.

Vəkil səs yazısında Camal Xaşuqcinin “qurbanlıq heyvan” adlandırıldığını da bildirib.

Səs yazılarına əsasən, jurnalistə onun tutulması üçün “İnterpol”un vəsatətinin olduğu və bu əsasda Səudiyyə Ərəbistanına qayıdacağı barədə məlumat verilib. Onlar CamalXaşuqcidən oğluna “SMS” yazaraq onunla hər şeyin yaxşı olduğunu söyləməsini tələb ediblər. Amma jurnalist onların tələbini yerinə yetirməyib/Report.