XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Fevral 2016 - 07:58

Nazirliyin keçmiş aparat rəhbəri [color=red]İTV-də proqram direktoru oldu

İctimai Televiziyanın "Səhər proqramları” departamentinin direktor vəzifəsinə təyinat olub.

Strateq.az Lent.az-a istinadən xəbər verir ki, Elnur Kələntərli İTV-nin "Səhər proqramları” departamentinin direktoru təyin olunub.

Yeni təyinat baş direktor Cəmil Quliyevin təqdimatına əsasən, Yayım Şurasında keçirilən iclasda təsdiqlənib.

Qeyd edək ki, E.Kələntərli bir sıra telekanallarda çalışıb. O, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mətbuat katibi, ictimaiyyətlə əlaqələr sektorunun müdiri, aparat rəhbərinin müavini və aparat rəhbəri vəzifələrində işləyib. E.Kələntərlinin son iş yeri isə AzTV olub.