XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

05 Fevral 2016 - 11:52

“Trend”in əməkdaşını maşın vurdu – [color=red]Sürücü hadisə yerindən qaçdı

"Trend" İnformasiya Agentliyinin müxbiri Samir Güləliyevi maşın vurub.

Bu barədə jurnalist özü məlumat verib. Onun sözlərinə görə, hadisə 20 Yanvar metrostansiyasının yaxınlığında baş verib.

“Prado LAND CRUZER” markalı 10 VJ 266 dövlət nömrə nişanlı avtomobil sürətlə piyadalar üçün nəzərdə tutulmuş yerdə dayanan jurnalisti vurub. S. Güləliyevi vuraraq, yolun kənarına atan sürücü hadisə yerindən qaçıb. 

Xəsarət alan Samir Güləliyev Respublika Kliniki Xəstəxanasına müraciət edib. Jurnalistin sol ayağı çatlayıb. S.Güləliyev ev şəraitində müalicə almaq üçün evə buraxılıb.

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinə də məlumat verilib.