XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

05 Fevral 2016 - 19:16

Eynulla Fətullayevin saytları bağlanır? – [color=red]”Çətinliklər var, ancaq biz güclü çıxacağıq”

eynul-5.jpg

Bu gün Eynulla Fətullayevin rəhbərlik etdiyi haqqın.azvirtualaz.org saytlarının bağlanması barədə məlumat yayılıb. Bununla belə gün ərzində hər iki sayt yenilənməkdə davam edib.

Başqa bir məlumata görə, Eynulla Fətullayevin rəhbərlik etdiyi saytların yaradıcı kollektivinin əksəriyyəti bu gün işdən çıxarılıb. Bu tədbir “saytın maliyyələşdirilməsinin məhdudlaşdırılması və onun konsepsiyasının dəyişməsi” ilə bağlıdır. Sayt artıq analitik materiallar və öz araşdırmalarını dərc etməyəcək, xəbər saytı xarakteri daşıyacaq, AzərTAc-ın və digər hakimiyyətyönlü informasiya resurslarının materiallarını dərc edəcək.

Saytın fəaliyyətində belə kəskin dönüşün səbəbləri aydın deyil.

Eynulla Fətullayev “Azadlıq”ın əməkdaşına açıqlamasında layihənin bağlanmadığını, sadəcə olaraq yaranmış maliyyə problemi ilə əlaqədar işçilərin ixtisara salındığını deyib. (azadliq.info)

Eyni zamanda, E.Fətullayev yayılan xəbərlərlə bağlı gecə saatlarında yuxarıdakı fotosunu Haqqin.az saytında yerləşdirərək, belə yazıb: “Hörmətli oxucular! Bu foto mən həbsdən çıxarkən çəkilib. Siz mənim Haqqin.az-ı güzəştə getdiyimə necə inana bilərsiniz? Biz əvvəlki mövqeyimizdəyik, bağlanmırıq. Sizinlə birlikdəyik. Müvəqqəti çətinliklər var. Amma biz güclü çıxacağıq”.