XƏBƏR LENTİ

07 Dekabr 2019
06 Dekabr 2019

Digər Xəbərlər

13 Noyabr 2019 - 20:43

Əvəz Zeynallının ölkədən çıxışına qadağa götürüldü:"Biz bir yerdə güclüyük"

“Mən pasportu qeydiyyat üçün uzadanda, zəng gəldi. Telefonda məhdudiyyətin götürüldüyünü və rahat İstanbula uça biləcəyimi xəbər verdilər. İndi yoxlamaları keçmişəm. Sərhəd xidmətinin əməkdaşlarını da sevinən gördüm”.

Strateq.az xəbər verir ki, bunu “Xural.com” saytının rəhbəri Əvəz Zeynallı deyib.

O, son 3 gündə narahat olan, onunla birlikdə kədərlənən, həyəcanına şərik olan hər kəsə təşəkkür edib:

“Onlarla insan zəng etdi, vergilər nazirliyi istirahət günü olmasına baxmayaraq, 4 idarə rəisini işə çağırdı, 2 gün dalbadal görüşüb müzakirə etdik, çox dostlar əllərini daşın altına qoydular, müstəqil və azad media cəmiyyəti və əlaqədar qurumları ayağa qaldırdı, ictimai-siyasi xadimlər etirazlarını bildirdilər, vətəndaş cəmiyyətinin dəyərli simaları səsimə səs verdilər, vəkillərim dərhal yanımda cəm oldular, dövlət qurumları belə hərəkətə gəldi, bir sözlə, tərəqqipərvər Azərbaycan cəmiyyəti ayağa durdu və… problem həll olundu. Hər kəsə və hər kəsə təşəkkür edirəm. Biz bir yerdə güclüyük!

Müstəqil, vicdanlı və azad media ilə qürur duydum. Mücadilə edincə olur. İndiliksə gül üzlü mələklərimlə görüşə tələsirəm. Ayın 10-da geri qaytardığım sovqatlarının da hamısını götürmüşəm.

Səni sevirəm, Azərbaycan!

Yoluna başım qurban, Vətən!”.

Xatırladaq ki, ayın 10-da Əvəz Zeynallı Türkiyəyə uçarkən pasport yoxlamasından qaytarılıb. Ona bildirilib ki, Vergilər Nazirliyi “Xural” qəzetinin vergi borcuna görə ölkədən çıxışına qadağa qoyub.