Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
MTRŞ-dan Strateq.az-a verilən məlumata görə, iclasda “Port Castle” MMC-nin abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi (İP TV) yayımı üçün lisenziya alınması barədə müraciəti müzakirə olunub.
Şirkətə müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.