XƏBƏR LENTİ

24 Yanvar 2020

Digər Xəbərlər

06 Dekabr 2019 - 15:40

Həbsdə olan baş redaktor azadlığa buraxılıb- Məhkəmə qərarı

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilərək 4 il müddətinə azadlıqdan məhrum edilən “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev azadlığa çıxıb.

APA-nın məlumatına görə, H.Vəliyevin cəzasının çəkilməmiş hissəsinin şərti cəza ilə əvəz edilməsi ilə bağlı vəsatətə baxılıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə H.Vəliyevin çəkilməmiş cəzası şərti cəza ilə əvəz edilib və o azadlığa buraxılıb.

Qeyd edək ki, H.Vəliyev 2016-cı ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub.

Jurnalist Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü 4 il müddətinə azadlıqdan məhrum edilib.