XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

12 May 2015 - 09:25

Zirəddin Rzayev: “Mənim adımdan yazılar yazırlar”

“Böhtan mənə təkan verir

Şəxsiyyət – psixologiyanın elmi baxışını bütövlükdə götürsək, ictimai varlıqdır. özünü ictimaiyyətdə, elmdə, maarifdə və s. tapmış hər bir kəs şəxsiyyətdir. Əgər tarixə nəzər salsaq, hələ qədim zamanlardan bu günədək cəmiyyyətin ikili münasibət bəsləmədiyi və haqqında fikir ayrılıqları olmayan elə bir şəxsiyyət olmayıb. Bura təkcə unitar alimlər, siyasətçilər və məşhur simalar deyil, həm də peyğəmbərlər və müqəddəslər də daxildir. Peyğəmbərlər bütün tarix boyu din xadimləri ilə mübarizə aparıblar. Peyğəmbərlərin din xadimləri tərəfindən öldürüldüyü hallar da olub. Təbii ki, din xadimlərindən danışarkən mən təkcə tövhid dinlərini, bütpərəstləri, fironları və kahinləri nəzərdə tutmuram. Hökuməti və müxalifəti olan dövlət buna misaldır. Müxalifəti olmayan dövlətdə ədalət və inkişaf da yoxdur. çünki inkişaf münaqişədən asılıdır. Konfliktologiya elmindən xəbəri olan hər kəs bilir ki, münqaişəsiz inkişaf yoxdur. Bəzən dostlarım və jurnalistlər soruşurlar ki, haqqımda yazılan mənfi vəziyyətlərlə bağlı fikrimi niyə bildirirəm? Buna görə mən də təkcə dostlarımla deyil, həm də marağında olduğum oxucularla fikirlərimi bölüşmək istədim.

Dərin hörmət bəslədiyim böyük türk şairi Zəlimxan Yaqubun əhvalatı yadıma düşdü. Şair danışırdı ki, Bakı Dövlət Universitetini bitirəndən sonra kitabxanada işləyirmiş. Bir dəfə oxuculardan biri Zəlimxana üz tutur: “Qoyun kimi nə baxırsan? O kitabı mənə ver!”

Bu sözlərdən Zəlimxanın gözləri qaralır. Nahaq yerə demirlər ki, şair qəlbi kövrək olar.

Bu zaman kitabxanaya BDU-nin professoru girir və dilxor Zəlimxanı görür. “Niyə qanın qaradır?” sualına şair cavab verir: “Təhsil almış hər kəs peşə qazanır, mən isə kitabxanada işləyirəm və mənə qoyun deyirlər”.

Professor təbəssümlə deyir: “BDU-da təhsil almağınla və universitetin ən yaxşı professorlarının sənə sayğı göstərməsinə niyə fəxr etmirsən? Həm də diqqətə layuq olmayan birinin sözlərini ürəyinə salırsan”.

Şair bunları eşidib alimin sözlərni ömürlük yadında saxladı.

Bu gün Zirəddin Rzayevə də ikili münasibət var… Böhtan, yalan və təhqirə (xüsusən də Azərbaycan KİV-də) reaksiya əvvəllər kəskin idi. İndi isə kimin yazması mənim üçün o qədər də önəmli deyil. Düşünürəm ki, bu, normaldır. Əksinə, şəxsi münaqişələr, şəxsi iddialar naminə yaradılmış forumlar, dini təriqətlər, böhtan mənə təkan verir. Bəzi yalançı jurnalistlərin yalanını, böhtanını təkzib etməyə ehtiyac duymuram. Bir çox şeylər var ki, mənə təsəlli verir. Bunlardan biri də budur ki, ittihamla dolu məqalənin altında mənim adımı yazırlar. Əgər adımın üstündə yazsaydılar…

Mənə münasibətdə mənfi fikirlərini ifadə edən “jurnalistlər”ə fkir vermirəm. Necə deyərlər, it hürər, karvan keçər.

Qiymətli vaxt ayırıb məni tənqid edən jurnalistlərə isə minnətdarlığımı bildirirəm – onlar cəmiyyətdəki mövqeyimi bir daha təsdiq edirlər.

Haqqımda nə yaxşı, nə də pis yazmasaydılar, deməli, onda həmişəlik yox olardım.

Hörmətlə: Zirəddin Rzayev

ziraddin.ru