XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

12 May 2015 - 11:28

AzTV-də əcaib olay: Yarışda iştirak edən əməkdaşı işdən qovurlar
Türkiyədə yayımlanan “Ben bilmem, eşim bilir” yarışmasında qalib olan AzTV-nin “Xəbərlər” proqramının aparıcısı Vüsalə Səidi və həyat yoldaşı kanal rəhbərliyi tərəfindən cəzalandırılıb.
Strateq.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya AzTV-dən məlumat daxil olub.
Məlumatda qeyd edilir ki, aparıcı və həyat yoldaşı sözügedən proqramda rəhbərliyin icazəsi olmadan iştirak edib. Buna görə də, AzTV rəhbəri Arif Alışanovun tapşırığı ilə qalib cütlükdən işdən çıxmaları ilə bağlı izahat alıb.
Məsələ ilə bağlı Vüsalə Səidi danışmaq istəmədiyini deyib.
Xəbər saytda yayımlanandan sonra Xatirə Qasımova bildirib ki, bu barədə onlarda heç bir məlumat yoxdur: “Biz aparıcıdan izahat alınması məsələsini ilk sizdən eşidirik”.