XƏBƏR LENTİ

24 Yanvar 2020
23 Yanvar 2020

Digər Xəbərlər

13 Dekabr 2019 - 17:20

Daha bir baş redaktor seçkiyə qatıldı –Oqtay Əsədovun dairəsindən namizədliyini irəli sürdü
Tanınmış yazar, “Qaynarinfo.az” saytının baş redaktoru Zahir Əzəmət (Rəhimov) də növbədənkənar parlament seçkilərində iştirak edəcəyini açıqlayıb.
Strateq.az xəbər verir ki, baş redaktor 45 saylı Abşeron seçki dairəsindən bitərəf olaraq namizədliyini irəli sürdüyünü elan edib: “Prosesə ilk qoşulanlardan biriyəm. Bu gün imza vərəqələrini götürərək imzatoplama kampaniyasına başlayacağıq. Artıq komandamızın böyük hissəsini də formalaşdırmışıq. Maraqlı və aktiv seçki kampaniyamız olacaq. İndidən bu dairədən namizədliyini irəli sürən digər namizədlərə də uğur arzulayıram. Dairədə aktiv və sivil bir seçki marafonu təşkil edə bilmək üçün bütün namizədlərlə ortaq mövzularda əməkdaşlıq qurmağa çalışacağıq”. 
Qeyd edək ki, 45 saylı Abşeron seçki dairəsindən bundan əvvəl Milli Məclisin sədri Oqtay Əsədov mandat qazanmışdı. Bu dairənin ərazisinə Xırdalan, Masazır, Mehdiabad, Məhəmmədi, Digah, Fatmayı və Görədil inzibati əraziləri daxildir.