XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

25 Dekabr 2019 - 18:12

Jurnalistlər etiraz etdi, “Jurnalistlər binası”nda xidmət haqqı endirildi –Vüqar Səfərli nəhayət, geri çəkildi

Jurnalistlər üçün inşa olunan binaların sakinləri “Jurnalist Evi” MMC-dən imtina etməyə hazırlaşırlar.

Bu barədə sosial mediada məlumat yayılıb. Verilən xəbərlərə görə, bina sakinləri kommunal xidmətlərin təşkilindən narazılıq edirlər.

Sakinlərin sözlərinə görə, binalarda hər kvadratmetr sahə üçün 50 qəpik xidmət haqqı hesablanır. Bu isə Bakı şəhərində müəyyən edilmiş ən bahalı xidmət haqqı səviyyəsindədir.

Onlar deyir ki, binada yaşayan sakinlərdən hər ay on min manatdan çox vəsait toplanılsa da, ancaq onun müqabilində heç bir xidmət göstərilmir.

“Binalarda mühafizə xidməti “yox” səviyyəsindədir. Birinci binada mühafizə kameraları quraşdırılsa da, işləmir. Son günlər isə həm birinci, həm də ikinci binaların mərtəbələrindən velosipedlər oğurlanır. “Jurnalist Evi” MMC “Riyad” Mühafizə Xidməti ilə müqavilə bağlasa da, oğurluq halları olan zaman mühafizə əməkdaşları məsuliyyətdən yayınırlar. Onlar bildirirlər ki, binanın nə həyətinə, nə də daxilinə cavabdehdilər”, – deyə məlumatda qeyd edilib.

Strateq.az xəbər verir ki, Bizimyol.info “Jurnalist Evi” MMC-nin direktoru Bünyamin İsmayılovla əlaqə saxlayıb.

Bünyamin İsmayılov ilk olaraq onu qeyd edib ki, artıq binada xidmət haqqı 50 qəpikdən 30 qəpiyə endirilib.

“MMC indi yaranmayıb, o yarananda komissiya müəyyən edib ki, qiymət 50 qəpik olsun. 3-4 gündür biz qiymətləri endirmişik, indi narazılıq edirlər? Mühafizə həmişə 2 nəfər olurdu, bir ildir gücləndirilmiş iş rejiminə keçmişik, gündüz 2, gecələr 2 nəfər mühafizəçi xidmət göstərir”.

“Yaşayış binalarına xidmət göstərən MMC-lər sakinlərin iştirakı və təsisçiliyi ilə yaradılmalıdır. Ancaq sakinlər iddia edirlər ki, Vüqar Səfərli “Jurnalist Evi” MMC-ni yaradan zaman bina sakinlərinin iştirakını təmin etməyib” sualına Bünyamin İsmayılov belə cavab verdi.

“Mən nə deyə bilərəm? Mənə göstəriş verən o adamdır. Mənim səlahiyyətim çatmır axı. Mən özbaşıma hərəkət edə bilmərəm, Vüqar Səfərlidən icazəsiz addım atmaram. Deyirdilər, binaların qabağı qaranlıqdır, dedim, icazə verdi işıq çəkdik, bloklara əlavə xidmətçi götürdük. Bunların hamısı həmin toplanan vəsait hesabınadır. Özümüz-özümüzü maliyyələşdiririk. Daha hər xırda şey üçün Vüqar müəllimi narahat etmirik. Qapının “zamok”u qırılanda da ona deyib düzəltmirəm. Amma vacib məsələlərə o qərar verir. Hesabatı isə hər ay verirəm. Kimə verirəm? KİVDF-yə, baş idarəyə”,- deyə o, bildirib.

Xatırladaq ki, binada xidmət haqqı ilə bağlı etirazlar aylardır davam edir. Lakin KİVDF sədri Vüqar səfərli “biz bu məsələyə yalnız 3-cü bina təhvil veriləndən sonra baxacağıq” demişdi. Bir neçə gün əvvəl jurnalistlərin toplanaraq yeni MMC yaratmaq niyyətlərinin ciddiləşməsindən sonra, görünür, KİVDF sədri geri çəkilmək məcburiyyətində qalıb.