XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

26 Dekabr 2019 - 00:09

KİVDF-də iclas:qəzetlərlə bağlı qərar verildi

Dekabrın 25-də Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Strateq.az KİVDF-yə istinadla bildirir ki, iclasda Fondun 2020-ci ilin I yarısı üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanı müzakirə olunaraq, təsdiqlənib

Müzakirəyə çıxarılan məsələ barədə məlumat verən icraçı direktor Vüqar Səfərli bildirib ki, KİV-lərə maliyyə yardımı müsabiqəsinin 2019-cu il dekabrın 26-dan 2020-ci il yanvarın 10-dək “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nda əksini tapmış 19 istiqamət üzrə keçirilməsi nəzərdə tutulub.

V.Səfərli KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin elanında hər hansı dəyişikliyin nəzərdə tutulmadığını bildirib.

İcraçı direktor həmçinin vurğulayıb ki, 2019-cu ilin II yarısında olduğu kimi, 2020-ci ilin I yarısında da ictimai-siyasi qəzetlərin 3 kateqoriyaya (gündəlik, günaşırı və həftəlik) bölünməsi və maliyyələşdirilməsi təklif edilib.

Sonra Müşahidə Şurasının üzvləri müsabiqə elanı ilə bağlı fikirlərini bölüşüblər. Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən Cəmaləddin Quliyev, Bəhruz Quliyev, Əvəz Rüstəmov, Ramiz Əsgər,  Rasim Həsənov və Ayaz Mirzəyev KİV-lər üçün keçirilən müsabiqənin onların maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Müsabiqə elanı səsə qoyularaq təsdiq edilib.