XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 January 2020 - 09:35

BMT rəsmisi:"Jurnalistlərin həbsi xəbərləri həmişə narahatlığımıza səbəb olub"

BMT “Anadolu” agentliyi əməkdaşlarının Qahirədə saxlanılmasından narahatdır.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə ümumdünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib.

O, qeyd edib ki, beynəlxalq təşkilat hadisəni araşdırmaq niyyətindədir.

“Jurnalistlərin saxlanılması və həbsi xəbərləri həmişə narahatlığımıza səbəb olub. Biz bu məsələni araşdıracağıq”, – o deyib.

Misir polisi yanvarın 14-də axşam saatlarında “Anadolu” agentliyinin (AA) Qahirədəki ofisində reyd keçirib. Reyd zamanı agentliyin dörd əməkdaşı, o cümlədən Türkiyə vətəndaşı saxlanılıb. Saxlanılanlar naməlum istiqamətə aparılıb.

Report