XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

13 May 2015 - 14:42

Bakıda jurnalistin maşınını vurdular – “Azpetrol” hadisədən yayınmaq istəyir (FOTOLAR)
“Bakı-Xəbər” qəzetinin əməkdaşı Məhəmmədəli Qəriblinin idarə etdiyi maşını “Azpetrol”un yanacaq daşıyan yük maşını vurub.
Strateq.az xəbər verir ki, bu barədə jurnalistin özü məlumat verib. Onun sözlərİnə görə, günah yük maşınının sürücüsündə olub. Belə ki, şirkətin sürücüsü yol hərəkət qaydalarını kobud şəkildə pozub. Amma buna baxmayaraq, günahı jurnalistin üzərinə atmaq istəyir:
“Həmkarlardan xahiş edirəm, bu hadisəni diqqətdə saxlasınlar. İş yoldaşım Vidadi Ordahallı ilə işdən çıxıb evə gedəndə, benzin doldurmaq üçün Qələbə meydanı yaxınlığındakı yanacaqdoldurma məntəqəsində növbə gözləyirdim. Dayandığımız yerdə maşınımı “Azpetrol”un şəkildə gördüyünüz yük maşını bu hala saldı. İndi şirkət günahı mənə yükləmək istəyir. Halbuki, təlimata görə, “AZPETROL”UN MAŞININININ BURDAN çIXMAĞA İCAZƏSİ YOXDUR…”.