Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Strateq.az KİVDF-yə istinadla bildirir ki, iclasda 3 kateqoriya üzrə aşağıdakı qəzetlərin maliyyələşməsi haqda qərar verilib:
I kateqoriya – son 3 ildə müntəzəm nəşr olunan, tirajı 3000 nüsxədən, satış və abunəsinin cəmi 2000 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlər
№ | Qəzetin adı | Ayrılmış aylıq vəsait
(manatla) |
|
“Yeni Azərbaycan” qəzeti | 20000 |
|
“Bakı-Xəbər” qəzeti | 20000 |
|
“Yeni Müsavat” qəzeti | 20000 |
|
“Səs” qəzeti | 20000 |
|
“Mövqe” qəzeti | 20000 |
II kateqoriya – son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan, günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlər
№ | Qəzetin adı | Ayrılmış aylıq vəsait
(manatla) |
1. | “Həftə içi” qəzeti | 10000 |
2. | “Novoye Vremya” qəzeti | 10000 |
3. | “Azernews” qəzeti | 10000 |
4. | “525-ci qəzet” | 10000 |
5. | “Xalq Cəbhəsi” qəzeti | 10000 |
6. | “Paralel” qəzeti | 10000 |
7. | “Hürriyyət” | 10000 |
8. | “Olaylar” qəzeti | 10000 |
9. | “Palitra” qəzeti | 10000 |
10. | “Ədalət” qəzeti | 10000 |
11. | “Üç nöqtə” qəzeti | 10000 |
12. | “Azad Azərbaycan” qəzeti | 10000 |
13. | “Şərq” qəzeti | 10000 |
III kateqoriya – son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 24-dən (A3, B2 formatda) az olmayan həftəlik ictimai-siyasi qəzetlər.
№ | Qəzetin adı | Ayrılmış aylıq vəsait
(manatla) |
|
“Oxu məni” qəzeti | 5000 |
|
“Unikal” qəzeti | 5000 |
|
“Hərbi And” qəzeti | 5000 |
|
“Türküstan” qəzeti | 5000 |
|
“The Business Times” qəzeti | 5000 |