XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

14 May 2015 - 06:08

Daha bir mətbuat katibi vəzifədən getdi

Energetika Nazirliyinin mətbuat katibi Azər Mənsimli tutduğu vəzifədən azad olunub.

Bu barədə A.Mənsimli özü məlumat verib:

“öz xahişimlə bu gündən etibarən Azərbaycan Respublikası Energetika Nazirliyinin mətbuat katibi vəzifəsindən azad olundum. 10 ilə yaxın bacardığımı etdim, öz bilik və qabiliyyətim çərçivəsində çalışdım ki, mənə etimad göstərən nazirimin üzün ağ edim”.
A.Mənsimli bildirib ki, uzun zamandan bəri dostlarının çoxsaylı təklifləri və təkidləri ilə barışmalı olub.
“Bəlkə də ən azı dünyanın üçdə ikisini gəzmişəm. Uzaq Yeni Zellandiyada maorilərdən tutmuş, Afrikadakı buşmenlər yaşayan kəndlərə kimi, Braziliyadan tutmuş, Yaponiyaya kimi, Skandinaviya ölkələrindən tutmuş, çin səddinə kimi, ABŞ dan başlamış, İndoneziyaya kimi, dünyanın “eni və uzunuda” nə qədər maraqlı ölkə, məmləkət, şəhər vardısa hər birini qarış-qarış gəzdim. Bütün Avropanı, Asiyanı ölkə-ölkə dolandım. Həm Azərbaycanda, həm dünyada gözəl dostlar qazandım. Məhz bunun nəticəsidir ki, hər bir tərəfdən dəstək aldım, maraqlı təklif və ideyalarla rastlaşdım. Düşündüm ki, öz gücümü və potensialımı böyük biznesdə sınamağın vaxtı artıq çatıb. Bu yolda mənə dəstək olan bütün dostlarıma təşəkkür edirəm.
10 il bir yerdə çalışdığım səmimi insan, əsl ziyalı, gerçəkdən hər zaman mənə dəstək olan, öz insanpərvərliyi ilə nümunə olan cənab nazirim Natiq Əliyevə mənə bu izni verdiyi üçün minnətdarlıq edirəm”.(modern.az)