XƏBƏR LENTİ

05 Aprel 2020
04 Aprel 2020

Digər Xəbərlər

17 Fevral 2020 - 21:31

“Real” TV 3 məşhur əməkdaşı ilə yollarını ayırdı: “Təhdidlə qarşımıza şərt qoydular” –Ləman Ələşrəfqızı ilə Afət Telmanqızından açıqlamalar

“REAL” TV-nin əməkdaşı Ləman Ələşrəfqızı televiziyadakı işindən ayrılıb. 

Strateq.az-ın xəbərinə görə, bu barədə “Qafqazinfo”ya açıqlama verən tanınmış jurnalist bildirib ki, seçkidə namizəd kimi iştirak etməyə qərar verdiyi vaxt televiziyadakı müqaviləsinə xitam verilib:

“Rəhbərlik müqavilənin vaxtını uzatmaqda maraqlı olmadı və mənlə işləməyi arzulamadı. Televiziya rəhbərliyi bizi istəmirsə, biz də orada işləməyi istəmirik”. 

Xatırladaq ki,  “Real” TV 125 saylı dairədən namizəd Afət Telmanqızı və həyat yoldaşı namizədliyini irəli sürmüş İlqar Mikayıloğlu ilə də yollarını ayırıb.

Afət Telmanqızı “Yenisabah”a açıqlamasında bildirib ki, rəhbərlik onların qarşısında şərt qoyub: “Ya yazdıqlarınızı silin, ya da işdən çıxın”.

“Biz də işdən çıxmağı seçdik. Təhdidlə şərt qoymuşdular. Biz isə yazdıqlarımızı silməməyi üstünlük tutduq. Biz dövlətə qarşı hansısa pis iş tutmamışıq. Sadəcə seçkidə baş verən qanun pozuntuları ilə bağlı faktları ictimailəşdirmişik. Mən və Ləman xanım 9 fevral seçkilərinə namizəd kimi qatılmışıq. İlqar Mikayıloğlunun isə xanımı namizəd idi. İndi necə ola bilər ki, orada baş verən qanun pozuntuları barədə danışmayaq? Bu, həm də jurnalist kimi bizim borcumuzdur” – deyə, Afət Telmanqızı sonra bildirib.