XƏBƏR LENTİ

05 Aprel 2020
04 Aprel 2020

Digər Xəbərlər

18 Fevral 2020 - 12:11

“REAL” TV Ləman Ələşrəfqızı, Afət Telmanqızı və İlqar Mikayıloğlu ilə bağlı açıqlama yaydı:"Onlara heç bir məhdudiyyət tətbiq olunmayıb"

“REAL” TV Ləman Ələşrəfqızı, Afət Telmanqızı və İlqar Mikayıloğlunun işdən çıxarılma xəbərləri ilə bağlı açıqlama yayıb.

Məlumatda KİV-lərdə və sosial şəbəkələrdə Milli Məclisə seçkilərlə bağlı tutduqları mövqelərinə görə, REAL TV-nin bəzi əməkdaşlarının işdən kənarlaşdırıldığına dair müxtəlif mülahizələr yayıldığı bildirilib:

“Həmin mülahizələrdə bildirilib ki, Milli Məclisə seçkilərə qatıldıqlarına görə, Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq, REAL TV-nin əməkdaşları Afət Məhərrəmova və Ləman İsmayılova ilə xidməti müqavilə uzadılmayıb. Halbuki, seçki prosesi başa çatdıqdan sonra həmin şəxslərə öz işlərinə qayıtmaq təklif olunub. Onların telekanalda fəaliyyətlərini davam etdirməsi üçün heç bir məhdudiyyət tətbiq olunmayıb.

Bunları nəzərə alaraq REAL TV KİV-lərdə və sosial şəbəkələrdə əsassız iddialara son qoyulmasını, həqiqətə uyğun olmayan mülahizələr yayılmamasını xahiş edir”.

Xatırladaq ki, seçkiyə namizəd kimi qatılmış və baş verən pozuntulara görə öz etirazlarını bəyan edən həm L.Ələşrəfqızı, həm də Afət Telmanqızı işdən uzaqlaşdırılmaları ilə bağlı xəbərləri dünən təsdiqləyiblər.

Afət Telmanqızı “Bizim qarşımıza təhdidlə şərt qoydular. Ki, ya yazdıqıalrınızı silin, ya da işdən gedəcəksiniz”, – deyə açıqlama verib.

L.Ələşrəfqızı isə ““Rəhbərlik müqavilənin vaxtını uzatmaqda maraqlı olmadı və mənlə işləməyi arzulamadı. Televiziya rəhbərliyi bizi istəmirsə, biz də orada işləməyi istəmirik”, – deyə, məsələyə belə şərh vermişdi.

Onu da qeyd edək ki, İlqar Mikayıloğlunun isə namizəd olan həyat yoldaşına görə işdə problem yaşadığı bildirilib/Mia.az