XƏBƏR LENTİ

05 Aprel 2020
04 Aprel 2020

Digər Xəbərlər

18 Fevral 2020 - 22:23

“Google” pulsuz internetlə bağlı layihəsinin icrasını dayandırır –Səbəb

ABŞ-ın “Google” şirkəti bu il “Google Station” layihəsinin icrasını dayandıracaq. 

Bu barədə şirkətin açıqlamasında bildirilir.

Xatırladaq ki, sözügedən layihə inkişaf etməkdə olan ölkələrin pulsuz internetlə təmin olunmasını nəzərdə tuturdu.

“Google” bəyan edib ki, layihənin reallaşdırılmasına başlanıldığı 2015-ci ildə inkişaf etməkdə olan ölkələrdə internet xidmətləri bahalı və keyfiyyətsiz olub, bu gün isə vəziyyət xeyli dəyişib, yerli provayderlər bu məsələni yoluna qoyur, mobil internetə çıxmaq asanlaşıb, bütün dünyada rabitənin keyfiyyəti yaxşılaşır. Odur ki, “Google Station” şəbəkəsini daha da genişləndirmək çətindir.

Ötən illər ərzində Meksika, Braziliya, Nigeriya, Tailand, Filippin, Hindistan, Vyetnam, İndoneziya, cəmi 3 ay bundan əvvəl isə Cənubi Afrikada qurulan şəbəkə bütün dünya üzrə 5 mindən artıq hotspotdan ibarətdir. Bunlar il ərzində ləğv olunacaq/Report.