XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

24 Fevral 2020 - 21:37

AzTV-də sədr müavini dəyişikliyi oldu –Aparıcıya yüksək vəzifə verildi

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətində kadr dəyişikliyi olub.

Məlumata görə,  sədr müavini  Elsevər Dünyamalıyev vəzifəsindən azad edilib, onun yerinə isə Rüfət Həmzəyev təyin olunub.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov “Report”a məlumatı təsdiqləyib.

Qeyd edək ki, R.Həmzəyev buna qədər AzTV-də “Əsas məsələ” tok-şousunun aparıcısı idi.