XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

16 Mart 2020 - 17:13

İnternetdə qadağan edilən məlumat yerləşdirənlər cərimələnəcək –İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir

Azərbaycanda internet informasiya ehtiyatında yayılması qadağan edilən məlumat yerləşdirənlər cərimələnəcək.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya telekommunikasiya şəbəkəsinin istifadiçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə fiziki şəxslər 500 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 1 000 manatdan 1 500 mnatadək miqdarda cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənlərin şəxsiyyəti nzəərə alınmaqla 1 ayadək müddətdə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər 1 500 manatdan 2 min manatadək məbləğdə cərimə ediləcək.

Layihə Milli Məclisin martın 17-də keçiriləcək iclasında müzakirə olunacaq.  (Report)