XƏBƏR LENTİ

01 Aprel 2020

Digər Xəbərlər

16 Mart 2020 - 23:59

Üçüncü bina jurnalistlərə bu il paylanacaqmı? –KİVDF-də məlumatsızdırlar

Bakıda jurnalistlər üçün tikilən üçüncü binada son tamamla işləri aparılır.

Fasadın üzlənməsi, həyətin asfaltlanması və yardımçı təsərrüfat binalarının tikintisi başa çatmaq üzrədir.

Bir müddət əvvəl Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bildirmişdi ki, indiyə qədər Fonda bu məqsədlə 35 milyon manat ayrılıb.

“2020-ci ildə bu bina da təhvil veriləcək. 16 mərtəbəli, 2 giriş blokundan ibarət yaşayış binasında 255 mənzil olacaq”, – deyə V. Səfərli qeyd edib.

Binanın mətbuatın 145 illiyi ərəfəsində jurnalistlərə paylanacağı gözlənilir. Amma bu istiqamətdə proses hələ başlamayıb.

Fonddan bildirilib ki, jurnalistlərin müraciətlərinin qəbul vaxtının nə zaman başlayacağı məlum deyil. Mənzillərin Mətbuat Günü veriləcəyi barədə də Fondda hər hansı məlumatın olmadığı qeyd edildi.

Xatırladaq ki, jurnalistlər üçün tikilən ikinci binadakı mənzillər 2017-ci ildə paylanıb. Açılış mərasimində Prezident İlham Əliyev də iştirak edib. (AzPolitika.info)