XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 April 2020 - 11:24

Telekanallar Fransa çempionatına pul ödənişini dayandırdı –Səbəb

Fransa çempionatının əsas yayımçıları “BeINSports” və “Canal+” koronavirus pandemiyasına görə Liqa 1 və Liqa 2-yə pul ödənişlərini dayandırıb.

Bu barədə Britaniyanın “Daily Mail” nəşri xəbər yayıb.

İddia olunur ki, hər iki telekanal futbol turnirlərinin məcburi fasiləsi səbəbindən yaranmış maliyyə böhranını yumşaltmaq üçün bu addımı atıb.

Bu prosesin çempionatlar bərpa olunana qədər davam edəcəyi bildirilib/Report.