XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

07 Mart 2016 - 15:16

Jurnalistlərə bu il hansı kriteriyalara ev veriləcək? –Vüqar Səfərli

seferli-1

 

“Jurnalistlər üçün bu il evlərin hansı kriteriyalara uyğun veriləcəyi hələlik məlum deyil. Bunlar müəyyənləşəndən sonra elan olunacaq və ev üçün namizəd olan jurnalistlərin siyahısı bəlli olacaq”.

Bunu Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.

O, həmçinin vurğulayıb ki, binanın tikintisi hazırda davam edir:

“Hər şey qaydasındadır. Binanın ilin sonuna təhvil verilməsi planlaşdırılır”.

Məlumat üçün bildirək ki, yeni tikilən binanın 17 mərtəbəsi, 3 bloku və 255 mənzili olacaq.

2013-cü ildə jurnalistlər üçün verilən binada isə 156 mənzil olub.

Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə 2010-cu il iyulun 22-də KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb.

Virtualaz.org