XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

06 May 2020 - 19:43

KİV-də dövlət dili normalarının pozulması:cərimələr bəlli oldi

Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə inzibati cərimənin 1 il şərti olaraq tətbiq edilməsi təklif olunur.

APA-nın məlumatına görə, bununla əlaqədar Milli Məclisin mayın 8-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə müvafiq əlavə edilib.

Birinci və ikinci oxunuşda müzakirəyə çıxarılan layihəyə əsasən, KİV-də, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslərin yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslərin üç yüz manatdan dörd yüz manatadək, hüquqi şəxslərin beş yüz manatdan min manatadək məbləğdə cərimə edilməsi təklif olunurdu.

Üçüncü oxunuşda müzakirəyə çıxarılacaq layihəyə əsasən, İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinə (İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi) dəyişiklik olunması təklif edilir. Bu inzibati xətanı (kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması) inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsi halları istisna olmaqla, inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxaracaq.