XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

14 May 2020 - 11:48

Əfqan Sadıqov niyə saxlanılıb? –Baş Prokurorluqdan açıqlama

Mətbuatda “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumat yayılıb.

Bununla bağlı Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Report”un sorğusuna cavabında deyib ki, Əfqan Sadıqovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb:

“İş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Əfqan Sadıqov Cinayət Məcəlləsinin konkret maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Təfərrüatları barədə tərəfimizdən ictimaiyyətə əlavə məlumat veriləcək”.