XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Mart 2016 - 21:14

Çeçenistanda avropalı jurnalistlərin avtobusuna hücum oldu,6 yaralı var

maskalilar

İnsan haqları təşkilatının Çeçenistana təşkil etdiyi səfərə qatılan avropalı jurnalistlərin avtobusuna hücum olunub.

Bu barədə məlumat “Euronews” telekanalında yer alıb.

Məlumata görə, hücum Qroznı şəhərində meydana gəlib. Nəticədə ikisi jurnalist olmaqla, 6 nəfər yaralanıb. Yaralanan jurnalistlər Norveç və İsveçdən olub.

İşgəncəyə qarşı kampaniya aparan təşkilat avtobuslarının maskalı şəxsər tərəfindən dayandırıldığını bildirib.

Hüquqşünaslar və jurnalistlər Çeçenistanda insan haqlarının pozulmasının yerindəcə şahidi olmaq üçün oraya getdiklərini bildiriblər.

Musavat.com