İki tanınmış xanım jurnalist – Ləman Ələşrəfqızı və Afət Telmanqızı yeni internet televiziyası qurur.
İnternet tv-nin yayımı üçün bütün texniki işlər başa çatdırılıb.
Strateq.az xəbər verir ki, xəbəri Gununsesi.org-a təsdiq edən Ləman Ələşrəfqızı kanalın adını da söyləyib: “Kanalımız “LAF TV” adlandırılacaq. Tamaşaçılarla görüşə mayın 28-də – Respublika Günü gələcəyik”.