XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

18 May 2015 - 13:31

Xanım jurnalist Daxili İşlər nazirinə müraciət etdi – Şikayət
lacin semla.jpg
“Novruz bayramı ərəfəsində evim qarət olunsa da, polis hələ də oğruları tapa bilmir”. Bu fikirləri İstiqlal.az saytına tanınmış jurnalist Laçın Səmla bildirib.
Onun sözlərinə görə, hadisənin üstündən 45 gün keçib, ancaq işdə heç bir irəliləyiş yoxdur. Müraciət etdiyi Yasamal rayon 27-ci polis bölməsi isə oğruları tapa bilmir: “İstintaqın gedişi ilə məşğul olan müstəntiq Elvin Yusifovla 15 gun əvvəl əlaqə saxladıqda, bildirdi ki, təhlükəsizlik kamerasının diski 4 gündür sahə müvəkkili Bəxtiyar Həsənovdadır, hələ də gətirib çıxarmayıb. Müstəntiq disk gözləyir, amma sahə müvəkkili onu cibində gəzdirir. Yusifov diskə baxmaq üçün məni yanına dəvət etməliydi, amma o gündən bu yana nə telefon zənglərimə, nə də sms-lərə cavab verir. Anlaya bilmirəm, diskdə görüntülər pozulandan sonramı mənimlə əlaqə saxlayacaqlar?! Artıq istintaqın bu cür aparılması məndə müəyyən şübhələr yaradır. çünki polislər oğruların tapılması istiqamətində ya həvəs göstərmir, ya da ümumiyyətlə, bu işlə məşğul olmurlar”.
Jurnalist bildirdi ki, hətta bir həftə əvvəl 27 saylı polis bölməsinin rəisi Rəhman İsmayılovla əlaqə saxlanılaraq, hadisəylə bağlı ehtimal irəli sürülərək, bu istiqamətdə araşdırmalar aparılması da xahiş edilib, lakin heç bir nəticəsi olmayıb: “Sözlərindən belə çıxdı ki, hadisə baş verən gündən bu yana polis əməkdaşları yaşadığım ünvan ərazisində heç bir axtarış-əməliyyat tədbiri həyata keçirməyiblər, heç kimi dindirməyiblər”.
Laçın Səmla artıq məsələ ilə bağlı Daxili İşlər naziri Ramil Usubova da müraciət edərək, baş verən hadisəni nəzarətdə saxlamağı, əməliyyatçılara axtarışların sürətləndiməsi istiqamətində göstəriş verməsini xahiş edib.
Xatırladaq ki, xanım jurnalist nənəsindən miras qalan qızıllarının və digər şəxsi əşyalarının oğurlanmasından şikayətçidir.