XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

09 İyun 2020 - 18:03

İTV Bərdədə əməkdaşına olunan hücumla bağlı məlumat yaydı:"Televiziyanın əmlakına ziyan dəyib"

İctimai Televiziya və Radio Yayımları Şirkətinin bölgə müxbiri Şöhrət Eyvazov Bərdə rayonunda pandemiya ilə bağlı süjet edən zaman hücuma məruz qalıb.

Strateq.az xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkəti məlumat yayıb.

Bildirilib ki, rayondakı apteklərin birində maskalarla bağlı vəziyyəti araşdırmaq üçün çəkiliş aparmağa aptekə daxil olan Ş.Eyvazova anidən aptek sahibi hücum edib:

“Çəkilişi əngəlləməyə cəhd göstərən aptek sahibi  tərəfindən Ş.Eyvazova və İctimai Televiziyanın əmlakına ziyan dəyib.

Zərərçəkmiş tərəfindən Bərdə rayon Polis İdarəsinə ərizə ilə müraciət edilib. Hazırda faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır”.

Məlumata görə. uzun illərdir İctimai Televiziya ilə cəbhə bölgəsi üzrə əməkdaşlıq edən Şöhrət Eyvazov Qarabağ müharibəsi veteranı və ehtiyatda olan zabitdir.