ATV-nin “Xəbərlər” Departamentinin əıməkdaşına SOCAR-da vəzifə verilib.
Strateq.az xəbər verir ki, bu barədə kanalın keçmiş əməkdaşı Səbuhi Turan sosial şəbədəki hesabında məlumat paylaşıb.
Bildirib ki, artıq 8 il çalışdığı ATV kanalından ayrıdıb:
“Bir çox uğurlara imza atdığımız ATV Xəbər kollektivi hər zaman mənim üçün doğma olacaq. Ən bacarıqlı tele-jurnalistlər ilə bir yerdə çalışdığım üçün qürur duyuram. Bundan sonra SOCAR-ın Təhlükəsizlik İdarəsində rəisin müşaviri olaraq yenə də mediadakı dostlar ilə sıx əməkdaşlıq edəcəyik. Hər birinizə uğurlar!”.