XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2020 - 00:02

Gürcüstan DTX Marneulidən yayımlanan telesüjet barədə istintaqa başlayıb –Səbəb

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yerli “Mtavari arxi” televiziya kanalının iyunun 20-də Marneuli haqqında yayımladığı süjet barədə istintaqa başlayıb.

Bu barədə DTX-dən bildirilib.

Qeyd olunub ki, süjet yalana əsaslanıb və əhali arasında dezinformasiya yaratmaq məqsədi daşıyıb.

Süjetdə iddia olunub ki, Marneulidə vəfat edən şəxslərin ölüm səbəbinin koronavirus kimi göstərilməsi üçün tibbi heyət və yerli hakimiyyət orqanlarının nümayəndələri onların ailə üzvlərinə 3 000 laridən 10 000 lariyədək pul təklif ediblər.

DTX-dən bildirilib ki, “Mtavari arxi”nin bu hərəkəti hökuməti nüfuzdan salmaq, onu qanunsuz hərəkətlərdə ittiham etməklə yanaşı, cəmiyyətdə qeyri-əminlik hissi və dezinformasiya yaratmağa cəhd olub.

Faktla bağlı istintaq Cinayət Məcəlləsinin sabotaj maddəsi üzrə aparılır.

Qeyd edək ki, bu gün adıçəkilən süjetdə yer alan Marneuli sakini olan iki azərbaycanlı qadın DTX-də sorğu-sual olunub/Report.