XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 May 2015 - 09:09

Mikayıl Cabbarov telekanal açır – Nazirlik təsdiqlədi
“Təhsil Nazirliyində yeni studiya yaradılıb və bu günlərdə istifadəyə veriləcək. ümid edirik ki, Təhsil Nazirliyi bu studiya ilə həm təhsilin, həm də medianın inkişafına töhfə verəcək”.
Strateq.az “Report”a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Universitetində “Bakı-2015” I Avropa Oyunlarının təbliğinə həsr olunan “Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda təlim-konfransda nazirliyin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov deyib.
O bildirib ki, nazirliyin yeni studiyası “Təhsil TV” internet televiziyası üçün nəzərdə tutulub: “Burada ancaq təhsillə bağlı xəbərlər, verilişlər olacaq”.
C.Valehovun sözlərinə görə, növbəti tədris ilində “Təhsil TV”nin fəaliyyətinə jurnalistika ixtisası üzrə təhsil alan tələbələr də cəlb olunacaq.