XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

19 May 2015 - 10:32

Media və Mülki Cəmiyyət İctimai Birliyinin “cənub” layihəsi davam edir

Media və Mülki Cəmiyyət İctimai Birliyi “Cənub bölgəsində vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi ilə bağllı maarifləndirmə tədbirlərinin keçirilməsi” mövzusunda növbəti layihəsini davam etdirir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Bu barədə Strateq.az-a layihənin rəhbəri, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov məlumat verib.

X.Əhmədov bildirib ki, layihədə cənub bölgəsində yerləşən rayonlarda (Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara) dövlət orqanlarında vətəndaşların ərizə və müraciətlərinə baxılması işinin təkmilləşdirməsinə yardım göstərilməsi məqsədilə maarifləndirmə və məlumatlandırma tədbirlərinin təşkili nəzərdə tutulub: “Məqsədimiz cənub bölgəsini təmsil edən rayonlarda sosial-hüquqi maarifləndimə xidmətini təşkil etməklə vətəndaşların sosial hüquqi maariflənməsinə nail olmaq, onları qanunlarımızla tanış etmək, sosial hüquq pozmalarının qarşısını almaqda, hüquqlarının qorunmasında vətəndaşlara yardım göstərmək, ictimai şüurda hüquq mədəniyyətini inkişaf etdirməkdir”.

Artıq layihə çərçivəsində bir sıra işlər görülüb və layihənin davamı kimi iyunun 1-də Yardımlı şəhərində “Vətəndaş-məmur münasibətlərinin mövcud vəziyyəti və problemlər” mövzusunda ictimai müzakirə keçiriləcək. Həmin tədbirdə problemlər və çıxış yolları müzakirə olunacaq.

Strateq.az