XƏBƏR LENTİ

05 Avqust 2020

Digər Xəbərlər

14 İyul 2020 - 17:54

Ədliyyə Nazirliyi KİV-də dil normalarını pozanları cərimələyəcək –Sərəncam

Ədliyyə Nazirliyinə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflər hazırlamaq tapşırılıb.

Strateq.az-ın məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədovun sərəncamına əsasən, Ədliyyə Nazirliyi 2 ay müddətində kütləvi informasiya vasitələrində (KİV) və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması ilə əlaqədar inzibati xətalar haqqında işlər üzrə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.

Qeyd edək ki, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında”  2020-ci il 8 may tarixli qanuna əsasən, KİV-lərdə və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə, hüquqi şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək.

Azərbaycan Respublikası Prezidenti  2020-ci il 23 iyun tarixində qanun tətbiqi barədə  fərman imzalayıb.