İctimai Televiziya və Radio Yayımları şirkəti Bakı şəhəri Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən dəhşətli yanğın hadisəsi ilə əlaqədar öz proqramına dəyişiklik edib. Bu haqda Strateq.az-a İTV-nin İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib. Departamentdən bildirilib ki, musiqili və əyləncəli xarakterli verilişlər proqramdan çıxarılıb.