XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

16 Mart 2016 - 16:14

Jurnalist Rauf Mirqədirov məhkəmədən bəraət istəyib

 

rauf

Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

 APA-nın məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən proses qapalı olub.

 Vəkil Fuad Ağayev prosesdən sonra bildirib ki, o və Rauf Mirqədirov məhkəməsən bəraət hökmü çıxarılmasını xahiş edib, dövlət ittihamçısı isə hökmün qüvvədə saxlanmasını istəyib.

 Məhkəmə müşavirəyə gedib. Qərar sabah elan olunacaq.

 Qeyd edək ki, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R. Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə ona bəraət verilməsi istənilib.