XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 May 2015 - 15:09

Zamin Hacı BŞBPİ-dən çıxdı – çağırılma səbəbi Facebook statusu imiş

“Yeni Müsavat”ın köşə yazarı Zamin Hacı Bakı Şəhər Baş Polis İdarəsində general-mayor Elxan Həsənovla söhbətdən sonra, oradan ayrılıb. Bu barədə musavat.com-a qəzetimizin hüquqşünası, Zamin Hacını müşayiət edən Vaqif Hüseyn məlumat verib.

O, deyib ki, Z. Hacının polisə çağırılmasının səbəbi Facebook sosial şəbəkəsində bu gün paylaşdığı status olub. Zamin Hacı öz statusunda evlərinə penoplast vurulmuş hər kəsi onları sökməyə çağırıb.
General E. Həsənov deyib ki, yazar bu statusla qanunsuz çağırış edib və xalqı qızışdırıb. Zamin Hacı isə deyib ki, onun hərəkəti qanunsuz deyil, kimsəni qızışdırmayıb. Sadəcə, insanları onları hansı təhlükənin gözlədiyi barədə xəbərdar edib.