XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 İyul 2020 - 17:46

Türkiyədə sosial şəbəkələrlə bağlı yeni qanun hazırlanıb:"Söyüşə, böhtana son verməyi qarşıya məqsəd qoymuşuq”

Türkiyədə sosial şəbəkələrin tənzimlənməsini nəzərdə tutan qanun layihəsi artıq Türkiyə Böyük Millət Məclisinə (TBMM) daxil olub.

Bu barədə Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmisi Özləm Zəngin bildirib.

O deyib ki, məqsəd sosial şəbəkələrin bağlanması deyil: “Sosial şəbəkələrin həyatımızdakı yerinin fərqindəyik. Sosial şəbəkələrdə təhqirə, söyüşə, böhtana son verməyi qarşıya məqsəd qoymuşuq”.

Ö. Zengin qeyd edib ki, qanun layihəsi gələn həftə parlamentin müzakirəsinə çıxarılacaq/APA.