XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

22 İyul 2020 - 22:55

Komitə sədri jurnalistləri təbrik etdi:"Müasir dövrü jurnalistikasız təsəvvür etmək çətindir"

“Müasir dövrü mediasız, jurnalistikasız təsəvvür etmək çətindir. Media mənsubları, jurnalistlər ictimai həyatın bütün sferalarını əhatə edən informasiyaya, geniş kütləyə təsir etmək, onları maarifləndirmək gücünə malikdir. Xüsusilə bu ağır və məsuliyyətli günlərdə peşəsini sənət səviyyəsinə yüksəltmiş, çevik və operativ, cəsarərli və qərəzsiz, dəqiq və vicdanlı jurnalistlərə ehtiyac böyükdür”.

YAP-çı deputat, Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov 22 iyul – Milli Mətbuat Günü münasibəti ilə media nümayəndələrini təbrik edib.

Təbrikdə deyilir:

“145 il əvvəl – 1875-ci il iyulun 22-də nəşrə başlayan “Əkinçi” qəzeti Azərbaycanın milli mətbuatının əsasını qoydu.

“Əkinçi”nin elə ilk sayındaca Həsən bəy Zərdabi türk millətinin yaşaması, inkişafı, elm və mərifət sahibi olması barədə arzularını qələmə almışdı. Böyük mütəfəkkirimiz dönə-dönə vurğulayırdı ki, millətin ayılması üçün mütləq maariflənməsi gərəkdir və bunu dövrün ziyalıları etməlidir.

“Əkinçi” ilə əsası qoyulan Azərbaycan mətbuatı sonradan “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi Rus”, “Həyat”, “İrşad”, “Füyuzat” kimi nəşrlərin timsalında mövcudluğunu davam etdirdi. Azərbaycan mətbuatı tariximizin hər bir mərhələsində özünün başlıca missiyası olan maarifçi düşüncənin genişlənməsinə, xalqımızın milli-mədəni inkişafına öz töhfəsini verib. Xüsusilə ümummilli lider Heydər Əliyevin 1993-cü ildə, ölkənin çətin vəziyyətində hakimiyyətə qayıdışı ilə, cəmiyyət həyatının digər sahələri kimi, Azərbaycan mətbuatının da yeni inkişaf dövrü başlandı. Mövcud mətbu orqanların maddi-texniki bazası gücləndirildi, yeni qəzetlər, jurnallar, televiziya və radiolar yarandı. Ulu öndərin təşəbbüsü ilə mətbuatın üzərindən senzuranın götürülməsi isə azad sözün, fikir plüralizminin üfüqlərini genişləndirdi.

Mətbuatımızın müstəqillik dövründə fəaliyyətini bütövlükdə çox zəngin hesab etmək olar. Belə ki, ölkəmizin ictimai-siyasi, mədəni həyatında, milli həmrəyliyin möhkəmləndirilməsində, mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələri hər zaman öndə olaraq, mühüm və şərəfli missiyani layiqincə yerinə yetirir.

Ümumiyyətlə, müasir dünya, müxtəlif cəmiyyətlər mətbuata və demokratiyaya eyni bucaqdan baxır. Bir-birini tamamladığını qəbul edir. Belə ki, azad söz, hər bir fərdin öz düşüncələrini, fikirlərini sərbəst ifadə etmək istəyi demokratiyanın başlanğıcı kimi qəbul edilir. Eyni zamanda azad, hüquqi, demokratik cəmiyyət quruculuğu prosesi də məhz bu vəhdətdən keçir.

Bu gün mətbuat işçisi olmaq çoxlarına asan görünsə də, əslində cox ağır işdir. Dövrümüzdə hər bir sosial şəbəkə istifadəçisi belə mətbuatın bir hissəsinə çevrilib. Məhz belə vəziyyətdə zəngin və mütərəqqi ənənələrə malik Azərbaycan mətbuatı demokratiyanın mühüm vasitəsi kimi çıxış edərək, istər dövlət və cəmiyyət, istərsə də dövlətlə fərd arasında hərtərəfli münasibətlərin qurulmasına, demokratiyanın inkişafına öz töhfəsini verməlidir və bunun öhdəsindən layiqincə gəlməyə çalışır. Buna görə də dövlətimiz mətbuatı hərtərəfli qayğı ilə əhatə edir.

Bir sözlə, müasir dövrü mediasız, jurnalistikasız təsəvvür etmək çətindir. Media mənsubları, jurnalistlər ictimai həyatın bütün sferalarını əhatə edən informasiyaya, geniş kütləyə təsir etmək, onları maarifləndirmək gücünə malikdir. Xüsusilə bu ağır və məsuliyyətli günlərdə peşəsini sənət səviyyəsinə yüksəltmiş, çevik və operativ, cəsarərli və qərəzsiz, dəqiq və vicdanlı jurnalistlərə ehtiyac böyükdür.

Əziz mətbuat işciləri! Sizin hər birinizi “Sizin gününüz” münasibəti ilə səmimi qəlbdən təbrik edir və zamanın hər anında bu cətin və şərəfli peşənizdə uğurlar arzulayıram!

Dünyasını dəyişənlərinizə isə, başda Həsən bəy Zərdabi olmaqla, Tanrı rəhməti olsun!”