XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 İyul 2020 - 17:16

Baş redaktora ƏMDK-də vəzifə verildi –Ceyhun Əsgərov mətbuat katibi təyin olundu

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətində yeni kadr təyinatı aparılıb.

Məlumata görə, Ceyhun Əsgərov qurumun mətbuat xidmətinə rəhbər təyin edilib.

Ceyhun Əsgərov 2003-2011-ci illərdə ANS teleradio şirkətində müxtəlif vəzifələrdə çalışıb. Sonralar “Araz” radiosunda siyasi şərhçi, “Türk El” telekanalında baş direktor, CBC kanalında “Xəbərlər” redaksiyasının direktoru, 2015-ci ildə isə “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi vəzifələrini tutub.

Yeni təyinatından əvvəl C. Əsgərov www.aznews.az və www.novosti.az. İnformasiya portallarının baş redaktoru kimi çalışıb/APA.