XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 July 2020 - 20:39

Londonun Kral Kolleci:"Böhranlı vəziyyətlərdə “Twitter” təhlükəyə çevrilə bilər"

Londonun Kral Kollecinin (King’s College London) tədqiqatçıları siyasətçilərin “Twitter” hesablarındakı postların müxtəlif böhran vəziyyətlərinə təsirilə bağlı araşdırma aparıblar.

“Komersant” xəbər verir ki, araşdırma müəllifləri ABŞ prezidenti Donald Trampın “nüvə düyməsi”, “sarsıdıcı zərbə” kimi hədələyici ifadələrinin, hətta sadəcə eyhamlı postlarının beynəlxalq aləmdə çox ciddi nəticələrə gətirib çıxara biləcəklərini iddia edirlər.

Belə ki, həm məlumat yaymaq, həm də insanlara təsir etmək üçün çox əlverişli amil olan “Twitter”də böhranlı hallarda ehtiyatsız yazılan postlar vəziyyəti daha da gərginləşdirə bilər.