XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

17 Mart 2016 - 18:48

Əflatun Amaşovdan jurnalistlərin həbsdən azad olunmasına reaksiya:"İnanıram ki, jurnalistika prinsiplərinə sadiq qalacaqlar"

eflatun-22

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 17 mart 2016-cı il tarixli Sərəncamı ilə müqəddəs Novruz bayramı ab-havasına yeni rəng qatdı, neçə-neçə ailəyə hədsiz sevinc hissi yaşatdı. Sərəncamın bizim üçün əlamətdar cəhəti ondan ibarətdir ki, azadlığına qovuşanlar arasında jurnalistlər də var. Buna görə dövlət başçısına dərin təşəkkürümü bildirirəm".

Strateq.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, İlham Əliyevin əfv sərəncamları cəmiyyət üçün müstəsna önəmi olan addımlardır:

"Artıq ənənə halını almış belə tədbirlər ölkəmizdə humanizm prinsiplərinə böyük dəyər verilməsinin bariz göstəricisidir. Biz jurnalistlər əməli fəaliyyətimizlə bu dəyəri, ümumən xalqımız üçün vacib olan bütün dəyərləri yaradıcılıq müstəvisinə daha peşəkar tərzdə daşımalı, təbliğ edərək yaşatmalıyıq.

Azadlığa çıxan jurnalistlərin doğmalarına, əzizlərinə, dostlarına və yaxınlarına göz aydınlığı verirəm. İnanıram ki, onlar qarşıdakı fəalliyyətlərində jurnalistika prinsiplərinə sadiq qalacaq, bizləri daim xoş sədaları ilə sevindirəcəklər.

Allah həbsdə olan hər kəsin qapısını açsın!".