XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

17 Mart 2016 - 23:58

Rauf Mirqədirov:"İlk yazacağım məqalə "Mən qayıtmışam" olacaq"

rauf-m-1

 

Bu gün Apelyasiya Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılan “Ayna" və "Zerkalo” qəzetlərinin əməkdaşı, əməkdar jurnalist Rauf Mirqədirov ANS TV-nin “Nəzər nöqtəsi” proqramının qonağı olub.

Mirqədirov həbsxana həyatından, səhhəti və həmçinin gələcək planlarından danışıb.

“Sağlamlığımla əhval-ruhiyyəm arasında bir qədər ziddiyyət var. Əhval-ruhiyyəm bu gün üçün çox gözəldir. Çünki 23 ay tək adamlıq kamerada məhbus həyatı yaşadıqdan sonra öz yaxınlarını, dostlarını siz-həmkarlarımı görmək, onlara qovuşmaq və yenidən ictimai həyata girmək mənə çox xoşdur. Sağlamlığımla bağlı həbsxana dövründə müəyyən problemlər yaranıb. Göz və təzyiqlə bağlı bəzi problemlər var. Düşünürəm ki, ətrafımda olan bu xoş əhval-ruhiyyə tezliklə səhhətimdə olan problemlərin həllinə səbəb olacaq”, – deyə Mirqədirov bildirib.

Jurnalist onun azadlığa çıxmasında xidməti olanlara minnətdarlıq bildirməklə yanaşı, gələcək planlarından da danışıb.

“Həbsxanada mənə münasibət çox yaxşı idi. Oradan ailə üzvlərimlə telefon danışığı zamanı qızım mənə dəstək olurdu. Məni Türkiyədə onun gözü qabağında həbs etmişdilər. Qızım "gəlin gedək Bakıya Raufu – atamızı həbsxanadan azad edək" deyirdi. Bu, mənə çox pis təsir etmişdi", – deyə Mirqədirov qeyd edib.

Əməkdar jurnalist qəti şəkildə bildirib ki, jurnalistika fəaliyyətinə davam edəcək:"Bir müddət sonra yazmağa başlayacam. Bizim işimiz budur. İlk yazacağım məqalə isə "Mən qayıtmışam" olacaq".