XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

06 Mart 2015 - 13:43

Xədicə İsmayılova haqda yeni xəbər – Həbs müddəti uzadıldı

Martın 6-da Nəsimi Rayon Məhkəməsində “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın həbsdə saxlanma müddətini mayın 24-nə qədər uzadıb.

Strateq.az xəbər verir ki, bu barədə vəkil Fariz Namazlı məlumat verib.

Dekabrın 5-də həbs olunan Xədicə İsmayıl jurnalist Tural Mustafayevi özünü öldürməyə cəhd həddinə çatdırmaqda ittiham olunur.

Bakı İstintaq Təcridxanasında saxlanan Xədicə İsmayılla əlaqədar başqa istintaq və məhkəmə işləri də var. 2014-cü il fevralın 17-də Xədicə İsmayıl “Facbook” şəbəkəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən material yayıb. Materialda MTN-in müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs olunur. Jurnalist materialı ona hazırda Fransada yaşayan sabiq MTN zabiti Ramin Nağıyevin 2011-ci ildə ötürdüyünü deyir. Sözügedən materialla əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın gedişi zamanı Xədicə İsmayılovanın ölkədən çıxmasına məhdudiyyət də qoyulub.

Daha sonra jurnalistə Baş Prokurorluq Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan edib. Bu ittihamlara görə jurnalisti 12 ilədək həbs gözləyir.

Xədicə İsmayıl fevralın 17-də “Facebook”da yaydığı materiala görə məhkəməyə də çəkilib. Onu xalq hərəkatı fəalı Elman Türkoğlu məhkəməyə verib. Jurnalistə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia ərizəsində Elman Türkoğlu qeyd edib ki, Xədicə İsmayıl “Feysbuk”da yaydığı materialla onun adını MTN-in agenti kimi hallandırıb, şərəf və ləyaqətini təhqir edib, ona böhtan atıb. Elman Türkoğlu jurnalistin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə məsuliyyətə cəlb olunmasını istəyib. Oktyabrın 9-da Binəqədi Rayon Məhkəməsində bu iddia ilə proses başlanıb. Proses hələ yekunlaşmayıb.