XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 September 2020 - 22:39

“Onlar işdən azad edilməyib” –Murad Dadaşov Xəzər TV-də baş verənlərdən danışdı

Son günlər Xəzər TV-nin əməkdaşlarının işdən azad olunması ilə bağlı məlumatlara tez-tez rast gəlirik. Bəzi aparıcılar öz istəkləri ilə işdən uzaqlaşdıqlarını desələr də, digərləri ilə bağlı qaranlıq məqamlar mövcuddur.

Strateq.az xəbər verir ki, Xəzər TV-nin rəhbəri Murad Dadaşov Nyus24.az-a açıqlamasında prosesə aydınlıq gətirib.

O deyib ki, hazırda son məsələlərlə bağlı açıqlama vermək çətindir: “Çünki bəzi məsələlər var ki, təsisçilərimizlə onları təsdiqləməliyik. Biz “Dalğa”nı inkişaf etdirmək istəyirik ki, gələcəkdə sevilən, seçilən bir kanal olsun. Bu baxımdan hətta bəzi verilişləri Dalğa TV-də yayımlamaq fikrindəyik. Hansı verilişlər gedəcək, hansılar qalacaq, bu, pandemiya və reklam bazarı ilə bağlı nüanslardır. Həmçinin, verilişlərin tərtibi məsələsində məlum səbəbdən tamaşaçıları dəvət edə bilmirik. Zaur Kamal və digər aparıcılar öz fəaliyyətlərini davam etdirirlər. Onlar işdən azad edilməyib və tamaşaçılar tərəfindən sevilən simalardır. Sadəcə olaraq həmin şəxslərlə bağlı Xəzər Televiziyasında yeni layihələr nəzərdə tutulub”.